Son dəqiqə:"Qarabağ" futbolçusunun formasındakı adda Azərbaycan əlifbasında olmayan hərf işlətdiyinə görə cərimələnib - 03-11-2026

"Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq" - Ekspert

22-09-2016 13:56 / Bu xəbər 197 dəfə oxundu
"Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan "Zərbə” pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın "İsgəndər” raketlərinin nümayişinə verilən cavablar idi".

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu  öz şərhində deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın Rusiya istehsalı olan "İsgəndər” raketlərinə malik olması xəbərinin yayılmasına reaksiya Azərbaycan XİN-dən deyil, Müdafiə Nazirliyindən gəldi: "Nazir Zakir Həsənovun sentyabrın 21-də prezidentin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə müşavirədə əsas cümləsi bu oldu: "Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq”".

Politoloq bildirib ki, bu dəfə söhbət konkret Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən getmir,"düşmənin bütün ərazisi” fikri işlədilir: "Yəni bu o deməkdir ki, cəbhə bölgəsində gələcək toquşmada Ermənistan "İsgəndər” raketlərindən istifadə etsə, Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq və bu zaman rəsmi Bakı İrəvanın istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "ortaq müdafiə” prinsipinə məhələ qoymayacaq".

Arqument.Az

Digər xəbərlər