Son dəqiqə:Müsəddiqdən əvvəlki və sonrakı İran - 03-11-2026

"Azərbaycan böhrandan yan keçdi" - Ziyafət Əsgərov

27-01-2017 16:31 / Bu xəbər 156 dəfə oxundu
«Azərbaycan bu böhrandan, demək olar ki, yan keçdi».

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov yanvarın 27-si Bakıda «İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri» mövzusunda keçirilən konfransda belə deyib.

«Trend»in xəbərinə görə, vitse-spiker dünyada iqtisadi-ticari böhranın, hələ də, davam etdiyini bildirib.

«Azərbaycan bu böhrandan, demək olar ki, yan keçdi. Amma müəyyən nəticələri bizə də toxundu. Buna baxmayaraq, 2016-cı ili çox yüksək göstəricilərlə başa vurduq. Əminəm ki, 2017-2018-ci illərdə də Azərbaycan iqtisadiyyatı irəliləyən templərlə inkişaf edəcək», - Z.Əsgərov bildirib.

Digər xəbərlər