Son dəqiqə:Trampın Əliyevi Mayamidəki G20 sammitinə dəvət etdiyi bildirilir - 01-11-2026

Azər Qasımlı Baş Prokurorluğa çağırıldı

27-01-2017 21:07 / Bu xəbər 1409 dəfə oxundu
REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb. 

Bu barədə Arqument.Az-a Azər Qasımlı məlumat verib.

Qasımlı bildirib ki, sabah saat 14:00-da İstintaq İdarəsinə olmalıdır: "Zəng edib sabah saat 14:00-da Baş Prokurorluğa çağırdılar. Bir azdan bu barədə geniş məlumat yayacağam". 

Qeyd edək ki, bu gün haqqın.az saytında REAl İdarə Heyətinin üzvlərinin İran səfirliyinin nümayəndələləri ilə görüşü barədə yazı dərc olunub. Həmin yazıda siyasi təşkilat İranla əməkdaşlıqda ittiham olunur. 

Həmin məlumatdan sonra Baş Prokurorluq məlumat yayaraq, araşdırma başlatdığını açıqlayıb. 

Arqument.Az

Digər xəbərlər