Son dəqiqə:"Qarabağ" futbolçusunun formasındakı adda Azərbaycan əlifbasında olmayan hərf işlətdiyinə görə cərimələnib - 03-11-2026

ATƏT-dən Leyla Yunusun azadlığa buraxılmasına müsbət

10-12-2015 02:50
DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

"Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır,” - deyə M. Corc bildirib.

Arqument.az

Bölmələr:




Digər xəbərlər