40 dərəcə isti gözlənilir
Avqustun 6-sı Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 23-26, gündüz 34-38, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir.
Gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti təxmin edilir.///azadliq.org
