Son dəqiqə:"Qarabağ" futbolçusunun formasındakı adda Azərbaycan əlifbasında olmayan hərf işlətdiyinə görə cərimələnib - 03-11-2026

Hava necə olacaq?

27-01-2016 13:28 / Bu xəbər 276 dəfə oxundu
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Arqument.Az-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi arabir güclənəcək.
 
Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.
 
Bakı və Abşeron yarımadasında gecə və səhər yollar buz bağlayacaq. 
 
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.
 
Temperatur gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
 
Gecə və səhər yollar buz bağlayacaq. 
 
Arqument.Az

Bölmələr:


Digər xəbərlər