Son dəqiqə:Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Sofiyada Avropa birinciliyində gümüş medal qazanıb - 02-11-2026

Müsavat mitinq hazırlıqlarına başladı

14-09-2016 15:32 / Bu xəbər 343 dəfə oxundu
Müsavat Partiyası sentyabrın 18-nə təyin etdiyi referendum əleyhinə mitinqin hazırlıqlarına başlayıb.

Sentyabrın 13-də partiyanın qərargahında mitinqə hazırlıq üzrə təşkilat komitəsinin toplantısı keçirilib.

Bu haqda partiyanın mətbuat xidməti xəbər verir.

Müsavat başqanının müavini Gülağa Aslanlının sədrliyi ilə keçirilən iclasda aksiyanın kütləviliyinin təmin edilməsi ilə bağlı təkliflərin qeydiyyatı aparılıb.

 İclasda iş bölgüsü həyata keçirilib, komitə üzvlərinə müvafiq tapşırıqlar verilib.

Müsavat Partiyası Konstitusiyaya dəyişikliklərin əleyhinədir. Partiya dəyişikliklərə etiraz olaraq sentyabrın 18-də mitinq keçirmək qərarı verib.

Təşkilat komitəsi növbəti iclasını sentyabrın 15-də keçirəcək.

Müsavat Partiyası Konstitusiyaya dəyişikliklərin əleyhinədir. Partiya dəyişikliklərə etiraz olaraq sentyabrın 18-də mitinq keçirmək qərarı verib.

Bakı şəhər İcra Hakimiyyəti, hələlik Müsavat partiyasının müraciətinə cavab verməyib.

Demokratik Qüvvələrin Milli Şurası da bundan bir gün əvvəl-sentyabrın 17-də növbəti aksiyasını keçirmək istəyir. Onların da aksiyasına, hələlik, şəhər rəhbərliyi mövqeyini bildirməyib. Ancaq Milli Şura sentyabrın 11-də Bakıda "monarxiyaya son, talana yox” şüarı ilə aksiya keçirib.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.///azadliq.org

Digər xəbərlər