Son dəqiqə:Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Sofiyada Avropa birinciliyində gümüş medal qazanıb - 02-11-2026

KXCP fəalı saxlanıldı

24-10-2018 10:30 / Bu xəbər 180 dəfə oxundu
Bu gün, oktyabrın 23-ü Rusiyadan Azərbaycana qayıdan Cumhuriyyət tarixi üzrə araşdırmaçı mütəxəssis, KXCP fəalı Ceyhun Nəbi həbs edilib. 

O, yaşadığı Şəmkir rayonundan Bakıya gətirilib.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində yazıb.

O. Gülalıyevin sözlərinə görə, Şəmkir rayon polis şöbəsindən ailəsinə verilən məlumatda Ceyhunun dövlət işinə görə Bakıya aparıldığı deyilib.

Ceyhun Nəbi araşdırma üzrə mütəxəssis və bir neçə kitab müəllifi olsa da sosial şəbəkələrdə tənqidi çıxışlar edirdi.

Onun həbsinin müxalif mövqeyi və çıxışları ilə bağlı olduğu güman edilir.

Digər xəbərlər