Son dəqiqə:Müsəddiqdən əvvəlki və sonrakı İran - 03-11-2026

“İlin Cümhuriyyətçisi” elan olundu - VİDEO

28-05-2017 02:34 / Bu xəbər 136 dəfə oxundu
D18 Hərəkatı mayın 27-si "İlin Cümhuriyyətçisi” mükafatının təqdimetmə mərasimini keçirib.

Hərəkatının başqanı Ruslan İzzətli bildirib ki, keçirilən sorğunun təticələrinə görə, "İlin Cümhuriyyətçisi” mükafatına vicdan məhbusu İlkin Rüstəmzadə layiq görülüb.

Ruslan İzzətli mükafatı məhbusun anası Altas Hüseynovaya təqdim edib. 

Mükafata görə təşəkkürünü bildirən A.Hüseynova oğlunun düz yolda olduğunu, buna görə artıq 4 ildir həbsdə yatdığını bildirib.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər, keçmiş vicdan məhbusları Tofiq Yaqublu, Əvəz Zeynallı, Nigar Həzi, Hilal Məmmədov və digərləri iştirak və çıxış ediblər.
 
Əli Zeynal
Toplum.tv

Digər xəbərlər