Gömrük Komitəsinin üç vəzifəli şəxsi həbs edildi
Dövlət Təhükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki nəfəri saxlanılıb.
Bu barədə Unikal.org məlumat yayıb.
Məlumata görə, E.Hüseynov Xaçmaz rayonun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin yaxın qohumudur.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ş.Xanbabayevin kürəkəninin saxlanıldığını təsdiqləyib: "Bəli, saxlanılan şəxs kürəkənimdir. Biz də indi məlumat almışıq. Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.
