Son dəqiqə:Ukrayna: Rusiyanın Zaporojyedə humanitar yardım paylanan məktəbə atdığı bombalardan 24 nəfər ölüb - 02-11-2026

Mikayıl Müşfiqin Bakıdakı büstü götürülüb

27-02-2017 15:31 / Bu xəbər 109 dəfə oxundu
Büst Mikayıl Müşfiqin adını daşıyan parkda yerləşirdi.

APA-nın xəbərinə görə, büstü "Azəravtoyolservis" ASC götürüb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, «Azəravtoyolservis»ASC məsələ ilə bağlı onlarla razılaşdırma aparmayıb: «Bizdə bu haqda məlumat olmayıb. Mən «Azəravtoyolservis»lə danışdım, dedilər, büst dağıdılmayıb, sadəcə, götürülüb və onların bazasında saxlanılır. Hazırda bu məsələni araşdırırıq ki, həqiqəti üzə çıxaraq».

"Azəravtoyolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də bildirib ki, büstün dağıdılması haqqında yazılanlar həqiqətəuyğun deyil: "Büst dağıdılmayıb. Sadəcə, "Sovetski"də yenidənqurma və genişləndirmə işləri aparılır. Mikayıl Müşfiqin büstü də həmin ərazidə yerləşirdi. Büst müvəqqəti olaraq götürülüb, təmir işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq".

Mikayıl Müşfiq Azərbaycanda sevilən şairlərdən biridir. O, SSRİ-də repressiyalar zamanı antisovet fəaliyyətdə ittiham edilərək 1938-ci il yanvarın 6-da, heç 30 yaşı tamam olmamış güllələnib.
 

Digər xəbərlər