Arif Hacılı və İsa Qəmbər jurnalistin ailəsinə başsağlığı verdi
Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın Divanı, həmçinin Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər fəal müsavatçı, tanınmış jurnalist Zabil Müqabiloğlunun vaxtsız vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Bu barədə Müsavat Partiyasından Arqument.Az-a məlumat veriblər.
Allah rəhmət eləsin!
Arqument.Az