Azərbaycan güləşçisi Sadiq Mustafazadə dopinqə görə üç il yarışlardan kənarlaşdırılıb
Foto: Petty Officer 2nd Class Jennifer A. Villalovos, Public domain, Wikimedia CommonsAzərbaycan Milli Antidopinq Agentliyi (AMADA) sərbəst güləşçi Sadiq Mustafazadəni antidopinq qaydalarını pozduğuna görə üç il müddətinə diskvalifikasiya edib.
Agentliyin məlumatına görə, idmançıdan götürülmüş nümunədə 19-norandrosteron maddəsi tapılıb. Bu maddə qadağan olunmuş anabolik steroid olan nandrolonun orqanizmdə parçalanma məhsuludur.
Diskvalifikasiya müddətində Mustafazadə rəsmi yarışlarda iştirak edə bilməyəcək. İdmançının və ya onun təmsilçilərinin qərara münasibəti hələlik məlum deyil.


