Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub

Foto: U.S. Army photo by Ismael Ortega, Public domain, Wikimedia Commons
24-11-2026 18:08

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində keçirilən 23 yaşadək boksçuların Avropa çempionatının qalibi olub. 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyədən Tevfik Akkası hakimlərin yekdil qərarı ilə, 5:0 hesabı ilə udub.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, bu, Nəzərovun ardıcıl üçüncü Avropa çempionluğudur. O, 2024-cü ildə yenə Poreçdə, 2025-ci ildə isə Çexiyanın Ostrava şəhərində qitə birinciliyinin qalibi olub.

Azərbaycan yığması çempionatda indiyədək üç medal qazanıb: Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) bürünc medala sahib olublar. 39 ölkədən 276 boksçunun qatıldığı yarışda Nicat Alırzayev də 70 kiloqramda final döyüşünə çıxacaq.

Digər xəbərlər