Son dəqiqə:Ukrayna: Rusiyanın Zaporojyedə humanitar yardım paylanan məktəbə atdığı bombalardan 24 nəfər ölüb - 02-11-2026

Zəhərlənmə şübhəsi olan "Qızıl Qaya" restoranında sanitar vəziyyət qənaətbəxş sayılmayıb

Arxiv foto: AQTA sədri Qoşqar Təhməzli. Foto: ElmaddinX, CC BY-SA 4.0, Wikimedia Commons
01-11-2026 12:02

Bakının Nizami rayonundakı "Qızıl Qaya" restoranında keçirilən yoxlamada ümumi sanitar-gigiyenik vəziyyət qənaətbəxş sayılmayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, ilkin araşdırma zamanı qidanın emalı və saxlanmasında nöqsanlar, həmçinin çarpaz çirklənmə riskləri aşkarlanıb. Agentlik nümunələrin laborator müayinəyə göndərildiyini bildirir, müayinənin nəticəsi isə hələ açıqlanmayıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi bildirir ki, oktyabrın 31-də saat 20:15 radələrindən Nizami rayonundan çağırışlar daxil olub və zəhərlənmə şübhəsi ilə 5 qadın Məhəmmədi modul tipli xəstəxanasına aparılıb. Mərkəzin sözlərinə görə, onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Əvvəl bildirilirdi ki, restoranda təxminən 34 əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib, onlardan 14-ü qidadan zəhərləndiyini deyib.

Digər xəbərlər