Son dəqiqə:Ukrayna: Rusiyanın Zaporojyedə humanitar yardım paylanan məktəbə atdığı bombalardan 24 nəfər ölüb - 02-11-2026

“Mitinqöncəsi həbslər yoxdur” – Gözəl Bayramlı

08-04-2017 13:35 / Bu xəbər 170 dəfə oxundu
"Mitinqdən öncə maneələr və əngəllər müşahidə olunsa da, hələ ki heç kim həbs olunmayıb”. 

Bunu Toplum.Tv-yə mitinqin təşkilatçılarından AXCP sədrinin muavini Gözəl Bayramlı deyib.  
Картинки по запросу Gozəl Bayramlı
Onun sözlərinə görə, universitetlərdə və bəzi rayonlarda mitinqə qatılmaq istəyənlərə müəyyən təzyiqlər edilir: "Xüsusilə, universitet müəllimlərinin, tələbələrinin qarşısını almağa çalışırlarlar, onları universitetdən kənarlaşdırmaqla təhdid edirlər”.
2016-cı ilin sentyabr ayında keçirilmiş mitinqlərdə 10-larla insan həbs edilmişdi. Bir çoxları inzibati yollarla cəzlandırılmış, onlara günlük  həbs və cərimələr tətbiq olunmuşdu. 

Bu gün, aprelin 8-də, saat 15:00-da "Məhsul” stadionunda keçiriləcək mitinqdən öncə isə hələ ki həbslər qeydə alınmayıb.

Lalə İsgəndərli 

Digər xəbərlər