Son dəqiqə:Ukrayna: Rusiyanın Zaporojyedə humanitar yardım paylanan məktəbə atdığı bombalardan 24 nəfər ölüb - 02-11-2026

Həbsdəki satirik şairin səhhəti pisləşib

19-05-2017 01:32 / Bu xəbər 589 dəfə oxundu
Vəkil Elçin Sadıqov satirik şeirlərinə görə CM-nin 234.4.3-cü maddəsilə şərlənib 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan, hazırda Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəsissəsində saxlanılan saitrik şair Tofiq Həsənli ilə görüşdüyünü bildirib. 

"Əhvalı yaxşıdır, amma səhhəti pisdir. Hələ də saxlanıldığı cəzaçəkmə müəsissəsində ona heç bir tibbi yardım edilməyib. Ürəkətrafı hissələrdə kəskin ağrılar hiss edir. Satirik şairin maddi vəziyyəti pis olduğundan öz hesabına müalicə ala bilmir, saxlanıldığı müəsissə isə dəfələrlə müraciətlərinə baxmayaraq ona heç bir tibbi müayinədən keçirmir və tibbi yardım göstərmir”, - deyə vəkil öz feysbuk qeydində bildirib.

azadliq.info

Digər xəbərlər