Son dəqiqə:Ukrayna: Rusiyanın Zaporojyedə humanitar yardım paylanan məktəbə atdığı bombalardan 24 nəfər ölüb - 02-11-2026

DTX Ermənistanla əməkdaşlıqda şübhəli bildiyi şəxsi həbs edib

16-03-2022 11:31 / Bu xəbər 50 dəfə oxundu
Emil Məmmədov "vətənə xəyanət”də ittiham olunur

Dövlət Təhlükəsizlik Xidməti 41 yaşlı Azərbaycan vətəndaşı Emil Məmmədovu həbs edib.

Qurumun yaydığı məlumatda bildirilir ki, 1981-ci il təvəllüdlü Emil Məmmədov Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.

O, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar almaqda ittiham olunub.

Qeyd olunub ki, adıçəkilən şəxs verilən tapşırıqların icrası istiqamətində fəaliyyət göstərib: "Emil Məmmədov Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib”.

"Emil Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - deyə qeyd olunub.

Emil Məmmədovun özünün və ya vəkilinin məsələyə münasibəti məlum deyil.


Digər xəbərlər