Son dəqiqə:Ukrayna: Rusiyanın Zaporojyedə humanitar yardım paylanan məktəbə atdığı bombalardan 24 nəfər ölüb - 02-11-2026

Azərbaycanda daha bir əməliyyat: saxlanılanlar var

02-12-2015 14:56 / Bu xəbər 745 dəfə oxundu
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Elnur Cabbarov tutulub.
 
Arqumen.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, E.Cabbarovdan 2 ədəd "F-1” qumbarası və 2 ədəd kitabça ("Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elnur Mehdiyevin mənzilindən 2 ədəd "F-1” qumbarası, 2 ədəd "RQD-5” qumbarası, 3 ədəd patron darağı, 57 ədəd avtomat patronu, 18 ədəd dini ədəbiyyat, 1 ədəd dini məzmunlu qəzet və 3 ədəd kitabça ("Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə noyabrın 30-da İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə həbs olunmuş Möhtəbər Babayevin məlum Nardaran hadisəsində iştirak etməsi və "Müsəlman birliyi” adlı hərəkatın üzvü olan Rövşənin ona saxlamaq məqsədi ilə avtomat silah verməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Babayevin Xankeçən kəndinin yaxınlığında gizlətdiyi 1 ədəd "AKMS” markalı silah, 1 ədəd parton darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Müsəlman birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elgün Axundov da tutulub, onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd "F-1” qumbarası və 22 ədəd patron götürülüb. 

Arqument.Az


Bölmələr:




Digər xəbərlər