Son dəqiqə:Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir - 03-11-2026

Bakıda güclü partlayış - FOTOLAR

05-07-2016 09:15 / Bu xəbər 662 dəfə oxundu
Qaz çəninin partlaması istehsal müəssisəsi ilə yanaşı 3 evi də zədələdi.

Gecə saatlarında paytaxtda partlayış müşahidə edilib. ANS PRESS-in partlayış yerinə çatmış müxbiri Nurlan Rafiqoğlunun verdiyi məlumata görə, bədbəxt hadisə istehsal müəssisəsində baş verib.

Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib. İçkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğu üçün, hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçulub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlərin sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar. Bu səbəbdən hadisə itkisiz ötüşüb. Faktla əlaqədar araşdırma aparılır.

Arqument.Az

Digər xəbərlər