Könül Şamilqızıdan kritik açıqlama
"…Xədicənin şəxsən özü isə zamanında İlham Əliyevin "islahatçı” imici üçün yaradılan bir qəzetdə çalışıb”
"Keçmişə görə hələ də "heyvagülü” çalmaq lazımdısa, Xədicənin keçmişindəki dostlarının az qala hamısı (insafla "az qala” deyirəm, bax) hakimiyyətlə yaxın təmasda olub”.
Bu sözləri tanınmış jurnalist Könül Şamilqızı həmkarı Xədicə İsmayılın Müsavata qarşı ittihamını sosial şəbəkədəki polemika çərçivəsində şərh edərkən yazıb.
Xatırladaq ki, keçmiş vicdan məhbusu Xədicə İsmayıl Müsavat Partiyasını "Yeni Müsavat” qəzetinin təsiri altında olmaqda ittiham edib.
"Xədicə İsmayılın dostlarının bir hissəsi hakimiyyətlə təmas edib, sonra o təmasa xəyanət etdiyi üçün cezalandırılıb, bir hissəsi "toçka”sı bağlandığı üçün yenidən "radikalizmə” dönüb, bir hissəsi hələ də hakimiyyətin qucağındadı. Xədicənin şəxsən özü isə zamanında İlham Əliyevin "islahatçı” imici üçün yaradılan bir qəzetdə çalışıb”, – Könül Şamilqızı yazıb.
"O zaman onlar islahatçı deyirdilər İlham Əliyevə, indi də yenimüsavatçılar deyir, biz isə heç vaxt deməmişik”, – Könül Şamilqızı yazıb.
Bastainfo.com