Son dəqiqə:Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir - 03-11-2026

Şəki xan sarayı UNESKO-nun Dünya İrs Siyahısına salınıb

08-07-2019 02:17 / Bu xəbər 1261 dəfə oxundu
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

Qaynarinfo xəbər verir ki, bugünkü müzakirədə Azərbaycanın Şəki ilə bağlı irəli sürdüyü nominasiyaya baxılıb.

Şəkinin Dünya İrs Siyahısına salınması ilə bağlı keçirilən müzakirələrdə Şəki xan sarayı və tarixi məkanlarının vəziyyəti qiymətləndirilib.

Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu gün keçirilən iclasında Dünya İrs Siyahısına təqdim edilən 10 nominasiyaya baxılmalıdır.

Digər xəbərlər