Son dəqiqə:Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir - 03-11-2026

MİL Simpozium I - “Azad İnsan Konsepsiyası”

19-11-2015 22:44 / Bu xəbər 60 dəfə oxundu
MİL Şəbəkəsi daxilində MİL Kitab layihəsi çərçivəsində yenidən nəşr olunan dəyərli maarifçimiz Əhməd bəy Ağaoğlunun "Sərbəst İnsanlar Ölkəsində” kitabının təqdimatı və satışı həyata keçiriləcək. 

Simpoziumun ilk mövzusu kitaba uyğun olaraq hazırlanmış "Azad İnsan Konsepsiyası” olacaq. Tədbir zamanı spikerlər mövzuya fərqli aspektlərdən yanaşaraq öz fikirlərini bizlərlə bölüşəcəklər.

Bu barədə Arqument.Az-a MİL-in layihə meneceri Amal Ata məlumat verib. 

Onun sözlərinə görə, müzakirə olunacaq mövzular bunlardır: 

"1. Rəhman Bədəlov – "Sərbəst İnsanlar Ölkəsində” kitabı barədə
2. Rasim Qaraca – "Müasir ədəbiyyatımız azad insan yetişdirə bilirmi?”
3. Yalçın İslamzadə - "İnsan təbiəti nədir?”
4. Günel Səfərova – "Azərbaycan ailəsi azad insan yetişdirə bilirmi?”

Spikerlər haqqında: 

Rəhman Bədəlov – 1937-ci ildə Bakıda anadan olub. Fəlsəfə elmləri doktoru, professor, mədəniyyət və sosial problemlərlə əlaqəli mövzularda bir neçə kitabın və 400-dən artıq elmi və publisistik məqalənin müəllifidir. Hal-hazırda Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun İdrak Nəzəriyyəsi şöbəsinin baş elmi işçi vəzifəsində çalışır.

Rasim Qaraca - 1960-cı ildə Şirvan şəhərində anadan olub. 2002-ci ildə onun təşkilatçılığı ilə Azad Yazarlar Ocağı yaradılıb. 2002-ci ildən redaktoru olduğu "Alatoran" həftəlik ədəbiyyat-sənət bülleteni "Ədalət" qəzetinin əlavəsi kimi işıq üzü görməyə başlayıb. 2004-cü ildən "Alatoran" müstəqil jurnal kimi yayınlanmağa başlayıb. Öz yaradıcılığında ənənəvi üslubdan imtina edir. "Ölüm haqqında günəş” (şeirlər), "R hərfi olmayan aylar” (şeirlər), "Türkün məsəli”, "Əyri evin qadını” (hekayələr), "Siz ey ordakılar” (şeirlər), "11 gecə” (hekayələr) kitablarının müəllifidir.

Yalçın İslamzadə - 1975-ci ildə Füzuli rayonunda anadan olub. ODTÜ-nin fizika fakultəsini bitirib. Qazi Universitetində Fizika üzrə magistratura təhsili alıb. Hazırda özəl bir şirkətdə çalışır. 2014-cü ildə çap olunan fəlsəfi məqalələr toplusu və tərcümlərdən ibarət olan "Göydən Yerə” kitabının müəlifidir.

Günel Səfərova - 1980-ci il Bakı şəhərində anadan olub. Təhsilini tamamladıqdan sonra Vətəndaş Cəmiyyəti Uğrunda İctimai Birlikdə İctimai Vəkil, Gənclər Təşkilatlarının Milli Şurasında Layihələr üzrə rəhbər , Avrasiya Əməkdaşlıq Fondunda Demokratik Azərbaycanda İslam Proqramının rəhbəri , SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasında İctimai Vəkil və Hüquqşünas kimi çalışıb. İş həyatımın əsas istiqamətlərindən biri qeyri-formal təhsillə bağlı təlimçilik fəaliyyəti olub. Liderlik, QHT-İdarəciliyi, Konfliktlərin həlli, qeyri-formal təhsil metodları, İctimai vəkillik və s. mövzularda həm yerli, həm də beynəlxalq təlimlər keçib. Eyni zamanda sosial problemləri əhatə edən bir çox hesabatın hazırlanmasında iştirak edib. Bunlardan Azərbaycanda Uşaq Vəziyyətinin Təhlili hesabatı, Həmyaşıd araşdırması, Məişət zorakılığının vəziyyətinin təhlili, Gənclərin ictimai iştirakcılığı hesabatlarını göstərmək olar.

www.facebook.com/milsimpozium
Mobil nömrə: (+994 55) 525 13 33 

Məkan: VHP Zalı, Bakı şəhəri, Xətai rayonu,Xaqani Rüstəmov küç 1210-cu məhəllə".
 


Bölmələr:




Digər xəbərlər