Son dəqiqə:Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir - 03-11-2026

Lütfəli Babayev əmlakını satışa çıxarıb

30-12-2015 12:10 / Bu xəbər 296 dəfə oxundu
Zərdabın icra başçısının satışa çıxardıqları obyektlər sırasında ferma, balıq vətəgəsi və digər mülklər var 

Zərdabın icra başçısı Lütfəli Babayev 4 gündür bütün mülklərini satışa çıxarıb. 

Arqument.Az xəbər verir ki, bu barədə rayondakı mənbələrdən jam.az-a məlumat daxil olub. 

Məlumatda deyilir ki, Babayevin satışa çıxardığı mülkləri sırasında evlər, dükanlar, hətta ev əşyaları da var. Bundan başqa, icra başçısının balıq vətəgəsi isə artıq satılıb. 

Bildirilir ki,  Zərdabın icra başçısı rayondakı fermalarında saxlatdırdığı qoyunları və mal-qarasını da gecəylə Mingəçevirə daşıtdırıb. 

Onların iddiasına görə, məzuniyyətə çıxan icra başçısının belə bir addım atmasının səbəbi vəzifəyə qoyacağı şəxslərdən aldığı pulları geri qaytarmaq istəməməsidir. Onlar bildirirlər ki, Lütfəli Babayev hətta deputat olmaq üçün kimlərəsə pul verib və bunun müqabilində onu Astaraya icra başçısı göndəriləcəyi vəd olunub. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Arqument.Az

Bölmələr:




Digər xəbərlər