Son dəqiqə:Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir - 03-11-2026

DSX: Özünü odlu silahla vuran hərbçi klinikada vəfat edib

07-12-2022 15:31 / Bu xəbər 73 dəfə oxundu
Kənan Nuriyevin Beyləqanda dəfn olunduğu bildirilir

Odlu silahla özünə xəsarət yetirdiyi iddia olunan Dövlət Sərhəd Xidmətinin əsgəri Kənan Nuriyev vəfat edib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Kənan Nuriyevin dekabrın 6-da Gəncə Mərkəzi Klinikasında öldüyü bildirilir.

Qeyd olunur ki, həkimlərin səylərinə baxmayaraq, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Kənan Nuriyevin noyabrın 30-da özünə xəsarət yetirdiyi açıqlanmışdı.

Hərbi Prokurorluq fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açaraq şahidləri dindirdiyini bildirmişdi.

Kənan Nuriyevin dekabrın 7-də doğulduğu Beyləqan rayonu, Örənqala qəsəbəsində dəfn olunacağı bildirilir.

Qəsəbənin icra nümayəndəsinin müavini Yalçın Muradov məlumatı Meydan TV-yə təsdiqləyib.

Ona Kənan Nuriyevin özünü odlu silahla vurduğunu deyiblər: "Yəqin, istintaq gedir, nəticəsi bəlli olacaq”.

Meydan TV əsgərin ailəsi ilə əlaqə saxlaya bilməyib.


Digər xəbərlər