Son dəqiqə:Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir - 03-11-2026

Deputatdan Arif Alışanova: "Hara gedisən, ayə?"

25-11-2017 17:20 / Bu xəbər 678 dəfə oxundu
"Ayə, hara gedisən, ayə" ifasına deputat Fazil Mustafa da münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, deputat fikirlərini sosial media hesabında yayımlayıb: "Müasir Azərbaycan gənci... Adam ik öncə bir epizodla AzTV-dəki gənc obrazı ilə cəmiyyətin arzuladığı gənc obrazındakı fərqi göstərib. Əslində bu musiqiçinin istedadı barədə bir şey söyləməkdən çəkinirəm, başqa çıxışlarını izləməmişəm, ola bilsin ki, haqsızlıq edərəm.

Ancaq "Hara gedisən, ayə" ifadəsində çox güman ki, cəmiyyətə üstüörtülü sual verib ki, bu Arif Alışanovla AzTV kimi dövlət büdcəsindən maliyyələşən televiziya "hara gedir e..." Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...”

Digər xəbərlər