ABŞ diplomatları REAL-a gəldilər - Azər Qasımlı 5 saat Prokurorluqda dindirildi
Yanvarın 28-də ABŞ səfirliyinin diplomatları Zia Saed və Vilyam Soli REAL-ın ofisində təşkilat rəhbərliyi ilə görüşüblər.
Arqument.Az xəbər verir ki, bu barədə REAL-ın rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli, İdarə Heyətinin üzvləri Erkin Qədirli, Azər Qasımov və Rəsul Cəfərov diplomatlarla ölkədəki ictimai-siyasi vəziyyəti, iqtisadi inkişaf perspektivlərini, təşkilatın sədri İlqar Məmmədovun hələ də qanunsuz həbsdə saxlanılması, o cümlədən son 2 gündə REAL-a qarşı artmaqda olan təyziqləri müzakirə ediblər.
Ötən gün isə prokurorluq REAL-ın iranlı diplomatdan pul alması barədə materialların araşdırılmasına başlandığını bildirib. Məqalə virtualaz.org saytında dərc edilmişdi. REAL rəhbərliyi isə məqalədəki ittihamları təkzib edərək sərsəm iddia adalandırmışdı.
Buna baxmayaraq, REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.
Azər Qasımlı bununla bağlı özünün rəsmi feybuk səhifəsində məlumat yayıb.
Bildirib ki, Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 5 saata yaxın dindirlilib: "Gec də olsa, indi yazmaq imkanım yarandı. 5 saat dindirildim, suallara cavab verdim. Yaxşı olacağına əminəm".
Azər Qasımlı həmçinin bildirib ki, istintaq İran səfirliyi ilə görüş və REAL-ın partiyalaşması məsələsi də maraqlanıb və o bu istiqamətdə də suallar verilib.
"İrəlidə görüşlərimiz çox olacaq. Ruhdan düşməyə səbəbimiz yoxdur", - deyə Qasımlı REAL üzvlərini ruhdan düşməməyə çağırıb.
Qeyd edək ki, bu gün haqqın.az saytında REAl İdarə Heyətinin üzvlərinin İran səfirliyinin nümayəndələləri ilə görüşü barədə yazı dərc olunub.
Həmin yazıda siyasi təşkilat İranla əməkdaşlıqda ittiham olunur.
Həmin məlumatdan sonra Baş Prokurorluq məlumat yayaraq, araşdırma başlatdığını açıqlayıb və öncə Azər Qasımlı daha sonra isə təşkilatın icraçı katibi Natiq Cəfərli bazar ertəsi istintaqa çağrılıb.
Arqument.Az