Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

Legiondan lagerə

26-10-2015 00:19 / Bu xəbər 198 dəfə oxundu
İdris Heydərli 

Hələbə girişimiz çox çətin oldu. Sərhəd qapısında gəlib gedənlərin əlin dili ilə anlaşdığını seyr edirdik. Bu qapıda əlin dili rüşvət idi, onu görmədən giriş verməzdilər. Bizi isə unutmuşdular. 

Qəfil bir xəbər bizə: "Suriyaya xoş gəldiniz!", -  dedi. İki gün idi ki, Hafiz və Bəşər Əsədın şəkillərinin altında yazılan "Xoş gəldiniz"i nəhayət ki, görməyəcəkdik. 

Hələbə bizi aparan Nəsimi idi. Sovetlərin cibinə partiya biletı belə qoyacağı Nəsimini "Hələbdə nədən belə tanımırlar" heyrəti bitdi.

Burada hamının tanıyacağı və qorxacağı bir tək Moskva idi, rus idi.

Biz də araşdırmaların Moskva üçün aparılamasını dedikdən sonra daha təqib olunmayacağımıza arxayın olduq.

Suriya Sovet Respublikalarından biri kimi idi. Bir tək fərqi geyimlərdə görə bilirdik. Sanki bir Özbəkistan düşünün. Öz geyimləri ilə sovet vətəndaşları...

Nəsiminın məzarını ziyarət etdik. Sührəverdi camisində namaz qıldıq. Çobanbəyində türkmən əşirətləri ilə görüşdük. Kərkük yolu ilə İrak sərhədlərinə qədər gəldik. 

İl 2006 idi. 

Suriya Sovet Respublikasına səfərimiz boyu hər kolun arxasından bir agent çıxacaq qorxusu da bitdi...

Nədən xatırladım bu səfəri?

Bu günlər Ağ dənizdən Şimal dənizinə qədər suriyalı qaçqınların düşərgələrində oldum. Bir düşərgənin insanları bu gün başqa bir düşərgələrdə yaşamaq məcburiyyətindədirlər.

Sovetlər düşərgə insanı yetişdirirdi. Qaydaları ilə hər şeyin fövqundə olan bu düşərgədə insan olmağın belə qaydaları yazılmışdı.

Suriya Sovet sisteminin Ortadoğu Mərkəzi idi. 

Qaydalar içində düşünmək,qaydalar içində yaşamaq.

Bu gün bu qaydaları dəyişəcək nə varsa, savaş elan edilib.Yeni qaydaları isə İslam dövləti adı altında yazmağa çalışırlar. Suriya iki düşərgə arasında can verir.

Düşərgə nədir heç anlamını düşündükmü?

Müvəqqəti yaşayış yerinə düşərgə deyərik - ruscası və almancası "lager"dir. İngiliscəsi isə "kamp".

Bir də "Legion" var. Ordunun əsas parçası anlamına gəlir.

Roma mirası ilə dünya quranlar "legion"lara döndülər.

Bu mirasın parçası olmayanlar isə "lager"lərə.

Problemin kökü legiondadır, yoxsa lagerdə?

Suriyadan döndükdən sonra Xətaya gəldik. Ağ dənizın Saman dağ tərəfində mumiyalanmış Roma məzarlığını gəzdik.

İl 2006 idi.

Macar-Avstriya sərhədində suriyalı qaçqınlar düşərgədə banan növbəsinə dürmuşdular.

İl 2015 idi.

Bölmələr:




Digər xəbərlər