İlqar Məmmədovun 45 yaşı qeyd olundu - FOTOLAR
Bu gün Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədovun 45 yaşının tamam olması münasibəti ilə hərəkatın ofisində tədbir keçirilib.
Tədbirdə REAL, NİDA və D18 Hərəkatının üzvləri, bir sıra ictimai-siyasi xadimlər, partiya mənsubları və jurnalistlər iştirak edib.
Arqument.az xəbər verir ki, açılış sözü ilə REAl Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı çıxış edib.
Daha sonra REAL İdarə Heyətinin üzvü Erkin Qədirli, hüquqşünas Aslan İsmayılov, iqtisadçı Nazim Məmmədov və professor Rəhman Bədəlov ürək sözlərini bölüşüblər.
İlqar Məmmədov artıq üçüncü doğum gününü həbsdə keçirir.
Qeyd edək ki, İlqar Məmmədov İsmayıllı hadisələrinə görə 2013-cü ildə həbs olunub və ona 7 il həbs cəzası verilib.
"Amnesty İnternational” beynəlxalq təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.
Arqument.az