Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

"Həftə içi" qəzetin bütün əməkdaşları ixtisar olundu

17-02-2016 12:41 / Bu xəbər 108 dəfə oxundu
Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, "Həftə içi” qəzetinin 10-a yaxın əməkdaşı maliyyə problemlərinə görə işdən çıxarılıb.

Qəzetin də, onun tərkibində olan hafta.az saytının da redaktorları daxil olmaqla, bütün müxbirləri kollektivdən uzaqlaşdırılıb.

Hazırda "Həftə içi” qəzeti 1 redaktor, hafta.az saytı isə 1 adminlə fəaliyyətini davam etdirir. Media orqanının tamamilə bağlanacağı barədə məlumatlar da yayılıb.

Qəzetin əməkdaşları - Vüsal Tağıbəyli, Qələndər Muxtarlı, Təbriz Vəfalı, Sevinc Osmanlı, hafta.az saytının redaktoru Səbinə Əvəzqızı, müxbirlər – Tural Turan və Xəyal Əzizov işdən çıxarılıb.

Onların əksəriyyəti hələ də işsizdirlər.

"Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova zənglərə cavab vermədiyi üçün məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Bölmələr:




    Digər xəbərlər