Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

Ceyms Uorlik həmsədrlikdən gedir

21-11-2016 15:33 / Bu xəbər 79 dəfə oxundu
Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir.
 
APA-nın məlumatına görə, bu barədə diplomat özünün "Twitter" hesabında  yazıb.
 
O, həmsədr kimi səlahiyyətlərinin bu il dekabrın 31-də başa çatacağını bildirib.
 
"Mənim üçün 30 il Dövlət Departamentində xidmət etmək böyük şərəfdir", - deyə C. Urolik qeyd edib.
 
O həmçinin bildirib ki, Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları" şirkətinin tərəfdaşı olacaq.

Digər xəbərlər