Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

Baş redaktor məhkəməyə verildi

29-01-2016 15:38 / Bu xəbər 55 dəfə oxundu
Qoruq  müdiri  baş  redaktoru  məhkəməyə verib

Qazaxda  jurnalist, "Şəfəqə Doğru” qəzetinin baş redaktoru Nemət Novruzov haqqında rayonda  yerləşən "Avey” Dövlət Qoruğunun müdiri  Səadət Əliyeva  tərəfindən məhkəməyə ərizə ilə müraciət edilib. 

Qoruq müdiri S.Əliyeva  ərizəsində  N.Novruzovun Daş Salahlı kəndində yerləşən ,"Damcılı Bulağı” adlanan  istirahət  mərkəzi haqqında  yazdığı araşdırma-yazılarında  onun təhqir olunduğunu, şərəf və ləyaqətinin alçaldıldığını iddia  edib.

"Şəfəqə Doğru” qəzetində və "shafaqadogru.com” saytında  "Damcılı Bulağı” istirahət  mərkəzi haqqında  dəfələrlə araşdırma-yazılar  dərc olunub. Yazılarda sözügedən istirahət mərkəzində son vaxtlar  artan  neqativ   hallardan və bu vəziyyətlə bağlı yerli sakinlərin şikayətlərindən söz açılıb.

Qoruq rəhbərliyinin  istirahət  mərkəzinə  gələnlərdən qeyri-qanuni şəkildə pul tələb etməsi və digər qanunsuzluqlara imkan verilməsi ictimailəşdirilib. Nəticədə isə qoruğun müdiri S.Əliyeva  məmurluq  statusundan  "yararlanaraq ",  qəzetinin  baş redaktorunu məhkəməyə verməklə  azad sözü susdurmağa  çalışır.

Tərəflərin dinlənilməsi üçün yanvar ayının 29-na  təyin olunan məhkəmə  iclası Bakı  şəhər  Yasamal rayon məhkəməsi binasında baş tutacaq.

Xatırladaq ki, Avey  Dövlət Qoruğunun müdiri Səadət Əliyevanın atası (adının Həbib olduğu bildirilir) Gəncə şəhərində məhkəmədə  hakim işləyir.

Arqument.Az

Bölmələr:


    Digər xəbərlər