Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

“Azercell"dən cavab gəldi

12-04-2016 00:21 / Bu xəbər 358 dəfə oxundu
Bir neçə gün öncə saytımızda Qafqaznews.az saytına istinadən yayılmış  ""Azercell”in bahalı nömrə biznesi - Monopoliyanın gizli üzü" başlıqlı yazıya "Azercell”dən münasibət bildirilib. 

Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayanın adından Arqument.Az-a daxil olan məlumatda deyilir: "17.03.2016-cı il tarixində saytınızda yerləşdirilən  ""Azercell”in bahalı nömrə biznesi - Monopoliyanın gizli üzü (/az/azercellin-bahal-nmre-biznesi-monopoliyann-gizli-z/#.VwtLSlJ-MdU) başlıqlı məqalə ilə əlaqədar bildiririk ki, "Azercell Telekom” MMC abunəçilərə göstərilən telekommunikasiya xidmətləri ilə bağlı fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qurmuşdur. 

Azərbaycan Respublikasının mobil rabitə bazarının lider operatoru və qeyri neft sektorunun ən iri vergi ödəyicisi olan "Azercell Telekom” MMC abunəçilərin istifadəsinə verilən mobil telefon nömrələrinin satışı ilə birbaşa məşğul olmur. "Azercell Telekom” MMC istifadəyə təqdim etmək üçün nəzərdə tutduğu nömrələrini rəsmi xidmət təminatçıları, diler və distributorları vasitəsilə yayır. Xidmət təminatçıları, diler və distributorlar isə qanunvericiliyə əsasən məşğul olduqları sahibkarlıq fəaliyyəti çərçivəsində mobil telefon nömrələrini öz mülahizələrinə əsasən müəyyən etdiyi qiymətə sata bilər.

"Azercell Telekom” MMC telekommunikasiya xidmətləri göstərir, müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinə görə cavabdehlik daşımır. Diler və distributorlar, o cümlədən xidmət təminatçıları ilə "Azercell Telekom” MMC arasındakı münasibətlər  bağlanmış müqavilələrə əsasən tənzimlənir. Tərəfdaşlar ilə münasibətlər, o cümlədən müqavilə münasibətləri əsasında xidmət haqının müəyyən edilməsi  qanunvericiliyə və müqavilə azadlığına əsasən müstəsna olaraq tərəflərin iradəsinə buraxılmışdır. Müvafiq müqavilə şərtləri ilə mövcud müqavilə münasibətlərinə, "Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kommersiya sirri rejimi tətbiq edilir. Müvafiq olaraq da göstərilənlərdən əlavə məlumat təqdim edilməsi nəzərdə tutulmur. Bundan başqa nəzərinizə çatdırırıq ki, "Azercell Telekom” MMC 2015-ci ildəki fəaliyyətinin nəticələrini 24.02.2016-cı il tarixində ictimaiyyətə açıqlamışdır. Həmin məlumatlarla "Azercell Telekom” MMC-nin rəsmi saytında da (https://www.azercell.com/az/news/show/552/) tanış ola bilərsiniz.

Göstərilənləri nəzərə alaraq bir daha diqqətinizə çatdırırıq ki, xidmət təminatçıları, diler və distributorların, o cümlədən 3-cü şəxslərin qeyri-qanuni sahibkarlıq fəaliyyəti, vergidən yayınma və sair hüquqazidd fəaliyyətləri ilə bağlı bildirdiyiniz mülahizələrə görə "Azercell Telekom” MMC cavabdehlik daşımır və bununla bağlı araşdırma aparılması, hər hansı tədbirlər görülməsi səlahiyyətlərimiz xaricindədir. 

Beləliklə də, mənfi rəy formalaşdırmağa hesablanmış tərzdə həqiqətəuyğun olmayan ifadə və mülahizələrdən bilərəkdən qıcıq yaradacaq şəkildə şişirdilərək istifadə edilmiş məqalənizdə "Azercell Telekom” MMC-nin işgüzar nüfuzuna xələl gətirilməsinə cəhd edilməsi dərin təəssüf hissi doğurur və "Azercell Telekom” MMC öz haqlı mövqeyini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müdafiə etmək hüququnu özündə saxlayır".

Arqument.Az

Bölmələr:




Digər xəbərlər