Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

AXCP VI qurultayını keçirir

27-09-2015 13:41
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayı keçirilir.
 
Arqument.Az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli bildirib ki, qurultayın keçirilməsinə yetərsayın təmin olunduğunu bildirəndən sonra tədbir öz işinə başlayıb.
 
5 nəfərdən ibarət Say və Mandat Komissiyası, 3 nəfərdən ibarət sədarət formalaşdırılıb.
 
Qurultaya Milli Şuranın sədri Cəmil Həsənli və digər Milli Şura üzvləri də qatılıblar. Amma Müsavat və digər partiyalara dəvət göndərilməyib. 
 
Partiyanın müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evində yer ayırıb. 

Arqument.Az



Bölmələr:



Digər xəbərlər