Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

Yağış yağacaq

10-02-2016 14:17 / Bu xəbər 83 dəfə oxundu
Fevralın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-4 isti, gündüz 6-10 isti, Bakıda gecə 2-4 isti, gündüz 7-9 dərəcə isti olacaq.
 
Fevralın 11-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 isti, dağlarda gecə 4-9 şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. 

Bölmələr:


Digər xəbərlər