"Neftçi" "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edərək yenidən liderliyə yüksəlib
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəlib və turnir cədvəlində yenidən birinci yerə çıxıb.
Şamaxı şəhər stadionunda keçirilən görüşdə qonaqlar Q. Klismanın 15-ci, B. Almeydanın 49-cu və A. Akeyeminin 75-ci dəqiqədə vurduğu qollarla qalib gəliblər. Ev sahiblərinin qollarını isə 24-cü dəqiqədə A. Şuaybu, 64-cü dəqiqədə A. Bouali vurub.
Oyunu FİFA referisi Tural Qurbanov idarə edib. Görüş turun ikinci oyun günündə keçirilib.
