Məşhur şahmatçı İlham Əliyevə müraciət etdi
Şahmat üzrə 3-qat Avropa çempionu Rauf Məmmədov ölkə başçısına və birinci vitse-prezidentə müraciət edib.
O, 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürmüş anası Lətifə Oruc qızı Əliyevaya yaradılan maneələrdən şikayətlənir.
Qrossmeystern öz sosial şəbəkə hesabından ölkə rəhbərliyinə müraciət edərək, anasının seçki təbliğatına yaradılan maneələrdən şikayətlənib.
"Bildirmək istəyirəm ki, anam Əliyeva Lətifə Oruc qızı 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürmüşdür. Anamın min bir zəhmətlə keçirdiyi təbliğat və təşviqatına bütün vasitələrlə mane olunur. Onun təbliğat üçün lövhələrə yapışdırılmış şəkilləri cırılır, seçki qərargahına təzyiqlər olur", - o bildirib.
Şahmatçı ölkə rəhbərliyindən bu qanunsuzluqlarla bağlı tədbir görməyi xahiş edir.