Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Mədət Quliyevə müavin təyin olundu

07-03-2016 11:36 / Bu xəbər 210 dəfə oxundu
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. 

Arqument.Az APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nın rəis müavini təyin edilib.

İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.

Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

Arqument.Az

Bölmələr:




Digər xəbərlər