Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

"Karantin rejimi yenidən sərtləşdirilə bilər"

05-05-2020 18:49 / Bu xəbər 383 dəfə oxundu
"Əgər situasiya belə davam edərsə, karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.

"Report" xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Y.Qarayeva Azərbaycan xalqına müraciət edib: "Biz karantin rejiminin yumşaldılmasını istəyirik, sərtləşdirilməsini deyil. Ona görə də xalqımız qaydalara riayət etməlidir. Görünən odur ki, karantin qaydalarına əməl olunmur. Hər kəs maskadan istifadə etməlidir”.

Digər xəbərlər