Azərbaycan cüdoçusu İbrahim Talıbov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazanıb
Azərbaycan cüdoçusu İbrahim Talıbov Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 55 kiloqram çəki dərəcəsində çempion olub. Finalda o, Xorvatiya təmsilçisi Jona Zvorcu üstələyib.
Talıbov mübarizəyə 1/4 finaldan qoşulub və finala qədər Mərkəzi Afrika Respublikasından İbrahim Mussanı, Səudiyyə Ərəbistanından Muratz Hebahı məğlub edib.
Noyabrın 13-dək davam edəcək oyunlarda Azərbaycanı 8 idman növündə 13 idmançı təmsil edir.