Həbsdə olan jurnalist ailəsi ilə görüşə bilmir

Jurnalist Nicat Əmiraslanovun ailəsi ilə görüşünə icazə verilməyib.
Bunu vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, jurnalistlə görüşmək üçün ailəsi Qazax rayon Polis Şöbəsinə gedib.
Lakin görüşə icazə verilməyib. Üstəlik, bununla bağlı ailəyə heç bir izahat verilməyib.
Mayın 23-də Qazax Rayon Məhkəməsində hakim Qurban Abbasovun sədrliyilə jurnalist Nicat Əmiraslanova hökm oxunub.
Jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi, polisin qanuni əmrinə tabe olmamaq ittihamıyla təqsirləndirilərək 30 sutka azadlıqdan məhrum edilib.
Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb.
N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi "Facebook" sosial şəbəkədəki paylaşımlarını göstərirlər.
N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.


