Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Generalın oğlu 7.5 milyonu necə uddu?

18-05-2021 02:35 / Bu xəbər 1387 dəfə oxundu
Dövlət Gömrük Komitəsi 30 milyon manata inşa etdirdiyi inzibati binasının fasadının təmiri üçün növbəti satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, Gömrük Komitəsinin "yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı ilkin işlərin yerinə yetirilməsi" lotu üzrə sifarişçi olduğu tenderin məbləği 7.576.420 manatdır. 
 
Sözügedən lot üzrə "FF Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. 
 
Dövlət reyestrində qanuni təmsilçisi Soltanov Ayaz Üzeyir oğludur. 
 
Məlumata görə, "FF Construction” MMC Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, general-mayor Rüfət Fəradovun oğlu Lətif Fərhadova məxsusdur.
 
Lətif Fərhadov "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa (Baba) Rzayevin kürəkəni olduğu deyilir.


Digər xəbərlər