Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Ermənilər Ağdərəni yandırdı

13-07-2015 11:03
Ötən gecə Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində yenidən yanğınlar törədiblər. 

Arqument.Az report-a istinadən xəbər verir ki, əvvəlcə keçmiş Ağdərə rayonunun işğal altında olan Qızıloba kəndinin ərazilərinə od vurulub.

Sonra alov qısa müddət ərzində genişlənərək Tərtərin Qarağacı, Qapanlı, Qaradağlı kəndlərinə doğru yaxınlaşıb. Yerli sakinlərin və Tərtər yanğınsöndürmə briqadalarının birgə səyi nəticəsində sözügedən yaşayış məntəqələrinin əkin sahələrinə zərər dəyməyib. Yanğın bu dəqiqələrdə də davam edir. 


Bölmələr:



    Digər xəbərlər