Eldar Mahmudov infarkt keçirib
Son məlumatlara görə, Eldar Mahmudov bağ evindən növbəti dəfə dindirilməyə aparılarkən ciddi ürək krizi keçirib və MTN-in Bilgəh qəsəbəsində yerləşən sanatoriyasına aparılıb.
Onun dindirilib-dindirilmədiyi haqda dəqiq bilgi yoxdur. Amma sabiq nazirin "istintaqla əməkdaşlıq etdiyi” deyilir. Onun və noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad olunan Əli Abbasovun dekabrın sonuna qədər həbs olunacaqları xəbəri də var.
Qeyd edək ki, MTN-in sabiq şefini Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşları ciddi nəzarət altında Bakı ətrafındakı dövlət bağlarından birində saxlayır.
Onu həmin bağ evinə oktyabrın sonunda Badamdardakı dəbdəbəli imarətindən çıxarılaraq yerləşdirildiyi bildirlir. (Musavat.com)