Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Bərdədə 33 yaşlı kişi özünü yandırdı

09-03-2017 01:23 / Bu xəbər 296 dəfə oxundu
Bərdə rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə rayon məhkəməsinin binası qarşısında olub.

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Həmidov Ramin Rəhim oğlu üzərinə benzin tökərək özünə od vurub.

Otuz üç yaşlı kişi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisəyə səbəb məhkəmənin həyat yoldaşından ayrılan R.Həmidov barəsində aliment ödənişi qərarının cıxarması olub. O, məhkəmənin qərarına etiraz edərək özünü yandırıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

(report)

Digər xəbərlər