Azərbaycanın Trampdan gözləntisi nədir?
«Azərbaycan Donald Trmmpla səmərəli əməkdaşlığa ümid edir».
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə.Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Donald Tramp prezident seçilib:
«Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.
Azərbaycan prezidenti də təbrikində qeyd edib ki, Donald Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə inanırıq. İnanırıq ki, nəhayət, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq».
Arqument.Az