Azərbaycanda 24 həkim koronavirusdan ölüb (SİYAHI)

Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl feysbuk hesabında koronavirusdan ölən həkimlərin adlarını açıqlayıb.
Bu barədə Qaynarinfo məlumat yayıb.
"COVID-19 virusu ilə mübarizədə ölən həkimlər və tibb işçilərinin adları aşağıdakılardır:
1. Əhməd Şirinzadə - Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi;
2. Kəmalə Dəhqani - Gəncə şəhəri, uşaq nevroloqu;
3. Kamil Əliyev - Astara MRX, cərrah;
4. Mehman Hüseynov - Gəncə, ortoped-travmotoloq:
5. Ceyhun Hacıyev – Bakı, anestezioloq-reanimatoloq;
6. Faiq Yusifov - Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı;
7. Fərman Süleymanov - Sumqayıt Şəhər Xəstəxanasının həkimi;
8. Faiq Ağayev - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu;
9. Fikrət Namazov - ATU-nun Onkologiya kafedrasının onkoloqu;
10. Rəna Məmişova - Mingəçevir Şəhər Xəstəxanasının Reanimasiya Şöbəsinin həkimi;
11. Zakir Xəlilov - Bakı şəhər TTYS-nın həkimi;
12. Qəşəm Hüseynov - Bakı şəhər TTYS-nın həkimi;
13. Surxay Quliyev - Gəncə şəhər TTYS-nın həkimi;
14. Surət Abbasov - Gəncə şəhər TTYS-nın həkimi;
15. Cəmşid Abbasov - Gəncə şəhər TTYS-nın həkimi;
16. İbadət Ağayev - Cəlilabad TTYS-nin həkimi;
17. Ruhiyyə Kərimova – Bakı, kardioloq;
18. Tərlan Hüseynli - Mingəçevir, stomatoloq;
19. Gülnarə Xəlilova - Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana, pediatr;
20. Kərəm Yaqubov - Kliniki Tibbi Mərkəz Həkim -reanimatoloq;
21. Ulduz Əhmədova - Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi;
22. Fəxrəddin Məmmədov - Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası Rentgenoloq;
23. Sədaqət Həsənova - Bakı ş. N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı
24. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası, ortoped-travmatoloq
Koronavirusdan ölən həkimlər arasında Tahir Bababəyli (İstanbul, Başakşehir Kayabaşı mahallesi) də var.


