Azərbaycanda 100 min manata domen satılır
Azərbaycanda 100 min manata domenlər satılır.
Bu barədə Fərid Xaliqli adlı şəxs "tap.az" saytında elan yerləşdirib.
100 min manata təqdim edilən domenlər "Watt.Az" və "Vatt.Az" domenləridir.
Hazırda domenlər şərti olaraq fəaliyyət göstərir.
Domenlərin bu qədər baha qiymətə satışa çıxarılmasına səbəb elektrik avtomobillərinin Azərbaycan bazarına daxil olmasıdır.

