Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

17 dərəcə şaxta gözlənilir

02-01-2019 13:38 / Bu xəbər 493 dəfə oxundu
Yanvarın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 3-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı təxmin edilir. Lakin gündüz Naxçıvanda və bəzi şərq rayonlarında yağıntı ehtimalı var. 

Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

Digər xəbərlər