Son dəqiqə:Amnesty International həbsdəki Meydan TV jurnalistlərinin səhhətinin ağırlaşdığını deyir, azad edilmələrini tələb edir - 02-11-2026

Mərkəzi Bank "basıb-bağlayıb"

28-03-2021 13:53
"Qeyri-neft‌ ‌sənayesində‌ ‌12.1%,‌ kənd‌ ‌təsərrüfatında‌ ‌2.3%,‌ ‌nəqliyyat‌ ‌və‌ ‌anbar‌ ‌təsərrüfatında‌ ‌isə‌ ‌10.9%‌ ‌artım‌ ‌müşahidə olunub”‌, - Mərkəzi‌ ‌Bankın‌ ‌martın‌ ‌19-da‌ ‌faiz‌ ‌dəhlizinin‌ ‌parametrləri ilə‌ ‌bağlı‌ ‌‌açıqladığı‌‌ ‌qərarda‌ ‌belə deyilir. 

Qərarda qeyd‌ ‌edilir‌ ‌ki, ‌‌rəsmi‌ ‌rəqəmlərə‌ ‌görə,‌ ‌2021-ci‌ ‌ilin‌ ‌yanvar-fevral‌ ‌aylarında‌ ‌qeyri-neft‌ ‌sektorunda‌ ‌resessiya, ‌demək‌ ‌olar‌ ‌ki,‌ ‌dayanıb.‌  

"Fakt‌ Yoxla”‌ ‌Mərkəzi‌ ‌Bankın‌ ‌iddiasını araşdırıb. 

Saytın yazdığına görə, iqtisadi‌ ‌nəzəriyyədə‌ ‌resessiya‌ ‌("‌recessus”‌‌ ‌latın‌ ‌dilində‌ ‌geriləmə‌)‌ ‌dedikdə‌ ‌istehsalın‌ ‌aşağı‌ ‌düşməsi‌ ‌başa‌ ‌düşülür.‌ ‌

Dövlət‌ ‌Statistika‌ ‌Komitəsinin‌ ‌aylıq‌ ‌makro‌iqtisadi‌ ‌göstəricilərlə‌ ‌bağlı‌ ‌‌hesabatından‌‌ ‌aydın‌ ‌olur‌ ‌ki,‌ ‌‌bu‌ ‌ilin‌ ‌yanvar-fevral‌ ‌aylarında‌ ‌ötən‌ ‌ilin‌ ‌eyni‌ ‌dövrü‌ ‌ilə‌ ‌müqayisədə‌ ‌qeyri‌-‌neft və qaz‌ ‌sənayesi‌ ‌üzrə‌ ‌12,1‌% (səh. 5),‌ ‌kənd‌ ‌təsərrüfatı‌ ‌istehsalında‌ ‌2,3‌‌% (səh. 7),‌ ‌nəqliyyat‌ ‌və‌ ‌anbar‌ təsərrüfatında‌ ‌isə‌ ‌10,9%‌ (səh. 13) ‌artım‌ ‌qeydə‌ ‌alınıb. Ancaq ‌yenə‌ ‌eyni‌ ‌hesabatdan‌ ‌məlum‌ ‌olur‌ ‌ki,‌ ‌qeyri-neft‌ ‌sektoruna‌ ‌daxil‌ ‌olan‌ ‌bir‌ ‌çox‌‌ istiqamətlərdə‌ ‌azalma‌ ‌müşahidə‌ ‌olunub.‌ ‌Məsələn,‌ ‌informasiya‌ ‌və‌ ‌rabitə‌ ‌xidmətləri‌ ‌4,5% (səh. 8),‌ ‌əhaliyə‌ ‌göstərilən‌ ‌ödənişli‌ ‌xidmətlərin‌ ‌həcmi‌ ‌16‌% (səh. 8),‌ ‌pərakəndə‌ ‌ticarət‌ ‌dövriyyəsi‌ ‌1,3‌ % (səh. 8),‌ ‌nəqliyyat‌ ‌sektorunda‌ ‌yük‌ ‌daşınması‌ ‌11% (səh. 10), ‌sərnişin‌ ‌daşıması‌ ‌48‌%‌ ‌(səh. 10) azalıb.‌

Azalmanın‌ ‌dayandığı‌ ‌istiqamətlərin‌ ‌(kənd‌ ‌təsərrüfatı,‌ ‌nəqliyyat‌ ‌və‌ ‌anbar‌ ‌təsərrüfatı, mədən çıxarma istisna olmaqla sənaye)‌ ‌ÜDM-də‌ ‌payı‌ ‌18,7%‌-ə,‌ ‌azalmanın‌ ‌davam‌ ‌etdiyi‌ ‌istiqamətlərin‌ ‌(tikinti,‌ ‌ticarət‌ ‌və‌ ‌nəqliyyat‌ ‌vasitələrinin‌ ‌təmiri,‌ ‌informasiya‌ ‌və‌ ‌rabitə,‌ ‌turizm)‌ ‌ÜDM-də‌ ‌payı‌ ‌isə 18,3%‌ ‌bərabərdir.‌ ‌Artım‌ ‌olduğu‌ ‌qeyd‌ ‌edilən‌ ‌istiqamətlər‌ ‌üzrə‌ ‌‌təxminən‌ ‌2.25 ‌milyard‌ ‌manat dəyərində‌ ‌ÜDM‌ ‌istehsal‌ ‌olunubsa,‌ ‌azalma‌ ‌olan‌ ‌istiqamətlər‌ ‌üzrə‌ ‌bu‌ ‌rəqəm‌ ‌2‌,19 ‌milyard‌ ‌manatdır.‌ ‌Eyni‌ ‌müddətdə‌ ‌qeyri-neft‌ ‌sektoru‌ ‌üzrə‌ ‌ÜDM‌ ‌0,4‌‌%‌ ‌azalıb.‌ ‌

Qeyri-neft‌ ‌sektoru‌ ‌üzrə‌ ‌emal‌ ‌sənayesində‌ ‌də,‌ ‌ciddi‌ ‌azalmalar‌ ‌diqqət‌ ‌çəkir.‌ ‌Qeyd‌ ‌edilən‌ ‌müddət ərzində‌ ‌emal‌ ‌sektorunda‌ ‌əczaçılıq‌ ‌məhsullarının‌ ‌istehsalı‌ ‌9,6‌ ‌dəfə,‌ ‌dəri‌ ‌və‌ ‌dəri‌ ‌məmulatlarının,‌ ‌ayaqqabıların‌ ‌istehsalı‌ ‌7,2‌ ‌dəfə,‌ ‌kompüter,‌ ‌elektron‌ ‌və‌ ‌optik‌ ‌məhsulların‌ ‌istehsalı‌ ‌3‌ ‌dəfə,‌ ‌tütün‌ məmulatlarının‌ ‌istehsalı‌ ‌2,1‌ ‌dəfə,‌ ‌maşın‌ ‌və‌ ‌avadanlıqların‌ ‌istehsalı‌ ‌isə 2‌ ‌dəfə‌ ‌azalıb.‌(səh. 6) ‌ ‌

Azalma‌ ‌mebel‌ ‌istehsalı‌ ‌üzrə‌ ‌59,6‌%,‌ ‌poliqrafiya‌ ‌məhsullarının‌ ‌istehsalı‌ ‌üzrə‌ ‌67,7‌%,‌ ‌avtomobil,‌ ‌qoşqu‌ ‌və‌ ‌yarımqoşquların‌ ‌istehsalı‌ ‌üzrə‌ ‌74,3%‌ ‌həcmində‌ ‌qeydə‌ ‌alınıb‌ ‌(səh. 6).

"Fakt‌ Yoxla” ‌Mərkəzi‌ ‌Bankın‌ ‌açıqlaması‌nı ‌"faktlarla‌ ‌manipulyasiya" sayıb.‌ ‌


Digər xəbərlər